Ölkə futbolu

“Qəbələ”nin İtaliyaya gedəcəyi vaxt bəlli oldu

Xəbər verdiyimiz kimi, aprelin 18-dən 21-dək İtaliyanın Turin şəhərində 15 yaşadək futbolçulardan ibarət komandalar arasında Beynəlxalq turnir keçiriləcək. 

Stefano Gusellanın xatirəsinə həsr olunacaq yarışda Azərbaycanı “Qəbələ” futbol komandası təmsil edəcək. Beynəlxalq turnirdə dünyanın bir sıra tanınmış futbol klubları qüvvələrini sınayacaq.  Medallar uğrunda İtaliyanın “Yuventus”, “Milan”, “Roma”, “Latsio”, “Napoli”, “Atalanta”, “Sampdoriya”, İspaniyanın “Espanyol”, Braziliyanın “Vasko de Qama”, Rusiyanın “Lokomotiv” komandaları mübarizə aparacaq. “Qəbələ” klubunun 15 yaşadək futbolçulardan ibarət komandası turnirdə iştirak etmək üçün aprelin 16-da İtaliyaya yola düşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43