Ölkə futbolu

“Qəbələ”nin rəqibi hücumçusunu göndərdi

Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Lill” bir futbolçusu ilə yollarını ayırıb. İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hücumçu Ronni Rodelinlə müqaviləyə artıq xitam verilib.

 

Keçən mövsümü icarə əsasında “Kann”da keçirən 27 yaşlı oyunçu elə bu klubla müqavilə imzalayıb. O, adıçəkilən komandaya birbaşa transfer olub.

 

Qeyd edək ki, karyerası ərzində “Rodez”, “Nant”, “Trua” və “Muskron” klublarının da formasını geyinmiş Rodelin 2011-ci ildən “Lill”in futbolçusu idi. O, bu komandanın heyətində Fransa çempionatında 78 oyunda 5 qola imza atıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43