Ölkə futbolu

Adil Şükürov: “Komandaların sayı azalsa da…”

Topaz Premyer Liqasında 2016/2017-ci illər mövsümünün püşkü atılıb.  “Zirə” ilk turda “Sumqayıt”ı qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, komandanın baş məşqçisi Adil Şükürovun püşkün nəticəsi ilə bağlı fikirlərini təqdim edirik:

“Düzü, ilk turda hansı komanda ilə qarşılaşacağımızın böyük fərqi yox idi. Premyer Liqadakı komandaların hər biri ilə qarşılaşmaq çətindi. Düşünürəm ki, bu mövsüm əvvəlkilərdən daha gərgin olacaq. Komandaların sayı azalsa da, son mövsümü ilk “8-lik”də bitirənlərdi. Biz bu komandaların bir-birinə qarşı necə oynadığını gördük. “Sumqayıt”ın “Qarabağ”ı məğlub etməsi, “İnter”dən səfərdə xal almasını, bizim “Qəbələ” və “İnter” kimi rəqiblərlə oyunlarımızı nümunə kimi göstərə bilərik. Belə qarşılaşmalar çox oldu ötən mövsüm və qarşıdakı çempionatda daha çox olacağı şübhəsizdi. Bizi çox çətin bir mübarizə gözləyir”. 

“Qartallar” ötən mövsüm “Sumqayıt”a qarşı keçirdiyi 4 oyundan 3-də qələbə qazanmış, birində isə heç-heçə qeydə alınmışdı. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43