Ölkə futbolu

Klublarımız üçün uğursuz gün

“Qəbələ” avrokubok oyununu iyulun 28-də keçirəcək 4-cü Azərbaycan klubu olacaq.

İdmanxeber.com saytının məlumatına görə, iki gündən sonra Avropa Liqasının III təsnifat mərhələsinin ilk matçında Fransa “Lill”i ilə qarşılaşacaq “qırmızı-qaralar”a qədər 3 təmsilçimiz bu tarixdə 4 matç keçirib. Bu qarşılaşmalarda klublarımız 1 heç-heçə edib və 3 dəfə uduzub.

 

2005-ci ildə “Bakı” və “Xəzər Lənkəran” UEFA kubokunun cavab oyununa iyulun 28-də çıxıb. Sonuncular evdə Moldova “Nistru”su ilə görüşdə 1:2 hesabı ilə yenilib. Bakılılar isə Slovakiyada “Jilina”dan zəif olublar – 1:3.

 

2009-cu ildə “Bakı” Çempionlar Liqasının görüşündə Bolqarıstan “Levski”sini qəbul edib. Təmsilçimiz ev amilindən yararlana bilməyib – 0:0.

 

5 il öncə isə “Qarabağ” iyulun 28-də uğursuzluğa düçar olub. Ağdamlılar Belçikada keçirdiyi Avropa Liqasının oyununda “Brügge”yə uduzub – 1:4.(Apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43