İdman

“Qəbələ”nin sabiq futbolçusu Ukrayna “Şaxtyor”unda

Ukraynanın “Şaxtyor” klubu “Qəbələ” komandasının sabiq futbolçusu Ruslan Fominlə müqavilə bağlayıb. 

İdmanxeber.com-un məlumatına görə, Donetsk təmsilçisinin rəsmi saytı 31 yaşlı hücumçu ilə sözləşmənin müddəti və maliyyə tərəfini açıqlamayıb. Fomin karyerasının əvvəlində – 2005 – 2014-cü illərdə də bu kluba məxsus olub. O, həmin vaxt 30 oyuna 5 qol vurub. 

Təcrübəli forvard yenidən “Şaxtyor”a qayıtmasına çox sevindiyini bildirib: “Mən bütün gücümü qoyaraq, “Şaxtyor”a əbəs yerə gəlmədiyimi sübuta yetirməliyəm. Komandanın yeni nailiyyətlər qazanması üçün əlimdən gələni etməyə çalışacağam”. 

Qeyd edək ki, Ruslan Fomin “Qəbələ”də 2014-2015 mövsümünün ikinci yarısında çıxış edib. Lakin o, 16 oyunda bir qol belə vura bilməyib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43