İdman

“Qarabağ”ın sabiq futbolçusu ABŞ klubunda

“Qarabağ”ın sabiq futbolçusu Samuel Armenteros karyerasını ABŞ-da davam etdirəcək.

İdmanxeber.com-un İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, “Benevento”nun hücumçusu MLS liqasında mübarizə aparan “Portlend Timbers” klubuna icarəyə verilib. 

27 yaşlı forvard mövsümün sonuna kimi ABŞ-da oynayacaq.

Qeyd edək ki, Armenterosun Hollandiyanın “Utrext” klubuna keçidi gündəmdə olsa da, bu transfer baş tutmayıb.

Xatırladaq ki, 2015-2016 mövsümündə “Qarabağ”ın şərəfini qoruyan isveçli futbolçu Ağdam klubunun heyətində 23 oyuna 7 qol vurub. “Qarabağ”dan ayrıldıqdan sonra “Herakles”ə keçən Armenteros 2017-ci ilin yayından İtaliya A Seriyasının debütantı “Benevento”nun formasını geyinir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43