Kateqoriyasız

Qlazqodan son xəbər: “Qarabağ” “Seltik”lə oyunda dəstəksiz qalmayacaq (AÇIQLAMA)

Bu gün ÇL-in III təsnifat mərəhləsi çərçivəsində “Seltik”lə qaşrılaşacaq “Qarabağ” dəstəksiz qalmayacaq.

Bu barədə İdmanxeber.com-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.

N.İbrhaimov bildirib ki, bugünkü oyun üçün “Seltik” tərəfindən 250 bilet alınıb ki, məhz bu sayda da azarkeşlərin “Qarabağ”ı dəstəkləməsi gözlənilir:

“250 bilet almışıq. Bu sayda da həmvətənlərimizin “Qarabağ”ı dəstəkləməsi gözlənilir. Onlara Bakıdan aparılan klubun atributları da veriləcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43