Dünya futbolu

Qriqorçuk Almeydanın transferindən danışdı

Qazaxıstanın “Astana” klubunun baş məşqçisi Roman Qriqorçuk Riçard Almeydanın transferindən danışıb. İdmanxeber.com-un məlumatına görə, “Qəbələ”nin keçmiş çalışdırıcısı milli üzvünü tərifləyib:

“Bura gələndə heyətə görə narahat idim. Çünki güclənməli olduğumuza əmin idim. Almeydanın timsalında yaxşı oyunçu transfer etdik. Onu “Qarabağ”da çıxış etdiyi vaxtdan gözəl tanıyıram. Milliləşdirilən braziliyalı uzun müddət ərzində “Qarabağ”ın liderlərindən idi. O, Azərbaycan milli komandasında da oynayır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43