Dünyadan

“İnter” hücumçu aldı

“İnter” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.com-un məlumatına görə, Milan təmsilçisi Argentinanın “Rasinq”dən 20 yaşlı hücumçu Lautaro Martinesi transfer edib. Klubun rəsmi saytının yaydığı məlumata görə, gənc forvardla 5 illik müqavilə imzalanıb.

“İnter” bu keçid üçün qarşı tərəfə 23 milyon avro təzminat ödəyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43