İdman

Ronaldo “Yuventus”un bir addımlığında

“Yuventus” Ronaldonun transferini bitirmək üzrədi. Bu barədə “Tuttosport” məlumat yayıb.

İdmanxeber.com-un məlumatına görə, Turin klubu portuqaliyalı futbolçu ilə şəxsi müqavilənin detallarını razılaşdırıb. Ronaldo “ağ-qaralar”la 2022-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq. Transferin gələn həftə yekunlaşacağı gözlənilir.

“Goal.com” isə “Yuventus”un “Real”la hələ razılaşmadığını, rəsmi təklifin bugünlərdə göndəriləcəyini yazıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43