İdman

Qurban Qurbanov bu dəfə onu cəzalandırdı!

Zaman-zaman sərt qərarları ilə seçilən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov daha bir addımlı ilə gündəmə gəlib.

İdmanxeber.com-un məlumatına görə, “köhlən atlar”ın çalışdırıcısı Mahir Mədətovu cəzalandırıb. “Kəpəz”lə keçirilən maçtdan sonra baş tutan mətbuat konfransında hazır olmadığı üçün Mahirə şans vermədiyini bildirən Qurbanovun onu cəzalandırıldığı iddia edilir. Buna səbəb millimizin üzvünün “Qarabağ”ın məşqlərindən birinə gecikməsi göstərilir.

Məlum hadisəyə görə yığmamızın da çalışdırıcısı olan Qurbanov Mahir Mədətovu əvəzedici heyətə göndərib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43