İdman

Qurban Qurbanov: “Çox istəyirlər ki, kuboku qazansınlar”

Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, “Neftçi” doğma meydanda “Qarabağ”a 0 – 2 hesabı ilə məğlub olub. Qarşılaşmadan sonra baş tutan mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

– Nəticəni kənara qoyaq, çox maraqlı oyun alındı. Stadionda atmosfer çox gözəl idi. Qalib gəlməyimizə baxmayaraq, “Neftçi” sonadək mübarizə apardı. Bizim üçün çox təhlükəli rəqibdi. Bu gün bunun bir daha şahidi olduq. Bu hesab hələ heç nə demək deyil. Cavab oyununa daha yaxşı hazırlaşmalıyıq.

– Volkan Dəmirələ təklif göndərməyinmizlə bağılı nə söyləyə bilərsiz?

– Bizim tərəfimizdən heç bir təklif olmayıb.

– Qara Qarayevi sağ cinah müdafiəçisi kimi oynatmağınız nə ilə bağlı idi?

– Müdafiəıçi çatışmazlığımız var idi. İlqar Qurbanov zədəli olduğu üçün Qara Qarayevi o mövqedə oynatdıq. Ansi Aqolli də milli komandadan qayıdıb. Hazır olmadığı üçün onu meydana buraxmadım.

– Dediniz ki, “Neftçi” sonadək hesabı dəyişmək üçün çalışdı. Bunu bacarmamaqlarının  səbəbi nədir?

– Çox təhlükəli zərbələri oldu. Bu epizodlarda bəxtləri gətirmədi. Bu oyunda heç bir futbolçu məğlub olmadı. Oyuna yaxşı köklənmişdilər. Çox istəyirlər ki, kuboku qazansınlar. Cavab oyununda da təhlükəli olacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43