İdman

Qurban Qurbanov ilk dəfə millinin baş məşqçisi kimi danışdı: “Çalışacağam ki, ən yaxşı nəticələri qazanaq”

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, əsas müzakirə mövzusu millinin baş məşqçisi məsələsi olan toplantıdan sonra yığmaya “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun rəhbərlik edəcəyi dəqiqləşib.

İclasdan sonra Qurbanov millinin baş məşqçisi kimi ilk dəfə jurnalsitlərə açıqlama verib.

“İcrayyə Komitəsinə və Rövnəq Abdullayevə təşəkkürümü bildirmək istəyirəm. Məşqçi olsan da, futbolçu olsan da, hər zaman milliyə can atırsan. Hər bir məşqçinin arzusu yığmada işləməkdi. Bu inamı mənə göstərdiyini üçün hər birinizə təşəkkür edirəm. Bilirəm ki, çox məsuliyyətli işdi. Hamının gözü milli komandadadı. Azarkeşlərin fikirlərini, düşüncələrini yaxından eşitmişəm. Çox istəyirlər ki, milli daha uğurlu nəticələr əldə etsin. Mənim üçün böyük məsuliyyətdi. Çalışacağıq ki, AFFA ilə birgə daha yaxşı nəticə əldə edək. Bu, bir ayın işi deyil. Planlarımız uzun olacaq. Yavaş-yavaş irəli getməliyik ki, milli daha peşəkar olsun. Bu işin öhdəsindən gəlmək üçün əlimdən gələnin artığını etməyə çalışacam. Çalışacağam ki, ən yaxşı nəticələri qazanaq”.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43