İdman

Qurban Qurbanov neçə il millimizin baş məşqçisi olacaq? – RÖVNƏQ ABDULLAYEV AÇIQLADI

“İclasımız yekunlaşdı. Hamımız Qurban müəllimin millimizin baş məşqçisi olmasını istədik. Onu təbrik edirəm və uğurlar arzulayıram”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev AFFA İcraiyyə Komitəsinin bugünkü iclasından sonra keçirilən brifinqdə deyib. Rövnəq Abdullayev Qurban Qurbanovun təyinatı haqda sualları cavablandırdı

– Qurban Qurbanovun İcraiyyə  Komitəsinə üzvlüyü davam edəcək?

-Bəli.

– “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Qurban Qurbanovu komandada qalması şərti ilə millidə işləməsinə icazə verəcəklərini bildirmişdi…

– Bəli, o, “Qarabağ”dakı işini də davam etdirəcək. Qurban Qurbanov bütün işlərini “Qarabağ”ın bazasında görəcək. Bütün klublar da ordan işləyəcək. Bu Qurbanovun xeyrinə olan amildi.

– Müqavilənin müddəti neçə müddətlik nəzərdə tutulub?

– Qurban Qurbanov ən azı 6 il millidə qalacaq. Sistem qurulmalıdır. Bütün oyunçuların hazırlıq sistemi mərkəzdən idarə olunmalıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43