Kateqoriyasız

Qurban Qurbanov: “Məğlubiyyətimizə görə çox üzülmədim”

Topaz Premyer Liqasının XVI turunda “Qarabağ” “Qəbələ”yə 1-2 hesabı ilə uduzdu.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov məğlub olduqları matçı belə şərh edib:

“Rəqib həddindən artıq istəkli idi. Məğlubiyyətimizə görə çox üzülmədim. Sözsüz, hər bir məğlubiyyət pis təsir edir. Amma rəqibin sevinci mənə məğlubiyyəti unutdurdu. “Qəbələ”də dostlarımız var. Burada futbol üçün işlər görülür. Avropa Liqasının “Qarabağ”a mənfi təsiri olmadı. Avropada nə qədər çox oynasaq, təcrübəmiz bir o qədər də artacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43