Kateqoriyasız

Oğuz Çətin: “Futbolçularım daha ciddi olmalıdır”

“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin “Bakı” ilə etdikləri bərabərliyi şərh edib.

İdmanxeber.com-un məlumatına görə, Lənkəran klubunun türkiyəli baş məşqçsisi matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:

“Bakı aqressiv şəkildə və müdafiədə oynamağı xoşlayan bir komandadır. Bu tip komandalara qarşı oynamaq çox çətindi. Futbolçularım daha ciddi olmalıdır. Yüksək yerlər uğrunda oynayırıqsa, rəqibdən asılı olmayaraq, qol vurmalıyıq”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43