İdman

Qurban Qurbanov: “Neftçi” artıq pik nöqtədədi”

Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilən “Neftçi” – “Qarabağ” matçı sonrası qonaqların baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bölüşüb.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis görüşlə bağlı bunları deyib: “Gərgin mübarizənin şahidi olduq. Sadəcə gözlədiyimiz qol gəlmədi. Çempionatın ən sürətli matçlarından birini izlədik. “Neftçi” ilə oyunun çətin keçəcəyini bilirdik. Onlar artıq pik nöqtədədirlər.

– Hücumların başlamasında Şehiçə xüsusi tapşırıq vermisiz?

– Boşda qalan futbolçumuz Şehiçdi. Hər oyunda çalışırıq ki, hücumları Şehiçin üzərindən başlayaq.

– Mübahisəli epizodla bağlı nə deyə bilərsiniz…

– Heçnə danışmadıq. Normal oyun epizodu idi.

Sanki birinci hissədə “Qarabağ” daha çox güc sərf etdi, ikinci yarıda isə yox…

– Ola bilər ki, rəqib daha çox qaçdı. Qələbələriimizdən sonra futbolçularımızda özünəinam vardı. Rəqibin imkan verdiyi qədər oynadıq.

– Çempionatın səviyyəsi sizi qane edirmi?

– Bəli, yaxşıdı. Bəzi komandalar oyun sistemini dəyişir. İlk dövrə ilə müqayisədə fərq var.

– Türkiyə mətbuatı yazır ki, “Trabzonspor” mövsümün sonu bütün futbolçularını geri qaytaracaq. Ramil Şeydayevin aqibəti necə olacaq?

– Bunu mövsümün sonu görə bilərik. Hələ ki, bu barədə düşünmürük. Həm biz, həm də Ramil düzgün qərar verməliyik.

– Ufuk Budaka təklif göndərdiyiniz, futbolçunun isə gələ bilmədiyi üçün AFFA-dan üzr istədiyi bildirilir…

– Xeyr, sadəcə zədəli idi. Onun üçün gələ bilmədi. Üzr istəməsini bilmirəm.

– Çempionatın əksər oyunlarını izləmisiniz. Millimizin heyətini nə vaxt açıqlayacaqsınız?

– İnşallah, sabahdan etibarən açıqlanacaq.

Heyətdə sürpriz futbolçu görə biləcəyik?

– Dəyişikliklər olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43