Ölkə futbolu

Qurban Qurbanov: “Onun səfərə getməməsi məni daha çox maraqlandırır”

Topaz Premyer liqasının XII turuna start verilib

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” öz meydanında “Sabah”ı qəbul edib. Oyunun ardından ev sahibi komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. O, əvvəlcə oyun barəsində fikirlərini bildirib:

“Ağır oyun oldu. Rəqib yaxşı müdafiə olundu. Milli və Avrokubok oyunlarından sonra həmişə çətin olur. İstənilən halda bir xal qazandıq”.

-Kamram Ağayev mövzusuna aydınlıq gətirə bilərsiniz ?

-İstəmərəm ki, komandamdakı oyunçular barəsində belə fikirlər səslənsin. Hər oyunçu zədələnə bilər. Ciddi bir şey olmasa da, ağrıları ola bilər. Məni onun oynamaması yox, səfərə getməməsi maraqlandırır

-Milli ilə məğlubiyyət, bu gün heç-heçə. Qarşıdakı “Sportinq” oyunu necə keçəcək ?

-Millidə oynayan oyunçular buna öyrəniblər. Onlar bəzən də istirahətsiz oynayırlar. İnanmıram ki, futbolçuların oyun performansında dəyişiklik olsun. Düşünürəm ki, onlar hazır olacaq.

– Elxan Məmmədovun bu oyuna gəlməsi sürpriz oldu. Onunla nə danışdınız ?

-O, çempionat oyunlarının bir çoxunda iştirak edib. Normal hadisədir.

-Tərlan Əhmədov millinin öz dövrlərindəki oyununu indikindən daha üstün tutub. Bununla bağlı nə deyərsiniz ?

-Mən neçə illərdir futbolun içindəyəm. Bu şeylərdən uzaq olmaq istəyirəm. Çalışıram ki, öz işim barədə düşünüm. Həmin dövrlərdə mən də oynamışam. Hər halda onun belə deməsini özüm eşitsəm daha da dəqiq münasibət bildirə bilərəm. Bundan əvvəlki çempionatlarımıza nəzər salsaq birdən birə komandaların səviyyəsinin necə aşağı düşdüyünü görərik. Ancaq uğursluzq olanda müxtəlif fikir bildirənlər çox olur. Mən həmişə öz işimlə məşğul olmuşam. Məncə hərə öz işini düşünsə daha çox faydalı iş görmüş ola bilər. Mən həmişə bütün həmkarlarıma dəstək olmuşam. Hər zaman deyirəm ki, bir olmalıyıq. Azərbaycan futboluna xidmət edirik. Mən əlimdən gələni edirəm. Ancaq futbol elə oyundur ki, hər kəs məğlub ola bilər. Böyük komandalar da belə eniş dövrü olur.

-Milli komanda ilə bağlı bir çox müzakirələr olur. Azarkeşlər sanki sizin rahat çalışa bilmədiyiniz üçün narahatdır…

-Azarkeşlər bu məslədə narahdırsa, mən də onlardan razı oluram. Onlar bizə güvənirlər, nəticə istəyirlər. Mən həmişə deyirəm ki, məğlub ola bilərik. Azarkeş həmişə bizimlə olmalıdır. Bizim iş saatımız heç də az deyil. Çalışırıq ki, nəticələrimzi daha da yaxşılaşdıraq.

-Son məsələrlə bağlı üzərinizdə təzyiq hiss edirsinizmi ? Bu sizin işinizə necə təsir edir ?

-Məşqçilik belə bir işdir. Yox desəm doğru olmaz. Ancaq məni daha çox narahat edən, futbolçulara olan təzyiqlərdir. Çümki meydana çıxan onlardır. Məni tənqid etmək çox da problem yararmır. Ancaq onlara təsir edir. Təkrar edirəm, bu cür məğlubiyyətlər bütün komandaıların başına gəlir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43