Ölkə futbolu

Elşad Əhmədov: “Qələbəyə bərabər heç-heçə etdik”

Topaz Premyer Liqasının XII turuna start verilib

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” öz meydanında “Sabah”ı qəbul edib. Oyundan sonra qonaq komandanın baş məşqçisi Elşad Əhmədov mətbuat konfransı keçirib. O, əvvəlcə görüş barəsində fikirlərini bildirib:

“Bütün oyuna “Qarabağ” nəzarət etdi. Biz müdafiə olduq. Oyun ürəyimizcə olmadı. Əks hücümdan yaxşı istifadə etməyə çalışırdıq. “Qarabağ” komandasının gücü bəllidir. Heç heçə bizim üçün qələbə kimi nəticədir”

-Deviçin zədəsi nə yerdədir ?

-Birinci günü komanda ilə məşqlərə başlayacaq. Növbəti oyuna hazır ola bilər.

-Bu komanda ilə hədəflərə çata biləcəqsiniz ?

-Bizim qabağımıza Premyer Liqada qalmaq qoyulub. Mən həmişə təmkinli olmağa çalıışmışam. Əlimizdəki oyunçular budur. Ancaq futboldan ləzət alacaq bir şey edə bilmirirk. Oyunçularım döyüşsə də, istyədiyimiz oyun bu deyil.

-Hansı komanda ilə arzuları gerçəkləşdirə bilərsiniz ?

-Çatışmayan yerlər var. 4-5 yeni oyunçu lazımdır. Mənim istədiyim futbol bu deyil. Hazırki heyətlə işləmək bu qədər olur. Ancaq yenə deyim ki, bu, ürəyimcə deyil


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43