Kateqoriyasız

Qurban Qurbanov: “Rəqibin əsl gücünü ilk oyundan sonra görəcəyik”

“Avropa Liqasının bu mərhələsində zəif rəqib olmur. Püşkatmadan sonra “Yanq Boys” haqda kiçik araşdırma apardım. Maraqlı komandadır. Zəngin Avropa təcrübəsinə malikdirlər. Həmçinin avrokuboklarda yaxşı nəticələri var”.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsinin püşkü haqda danışarkən deyib.

Təcrübəli mütəxəssis Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları İsveçrənin “Yanq Boyz” klubunun əsl gücünü ilk oyundan sonra görəcəklərini bildirib: “Püşkatmadan sonra rəqib barədə konkret fikir səsləndirmək çətindir. Rəqibin oyununu canlı görmədən fikir söyləmək çətin olur.

Məncə, ilk qarşılaşmadan sonra onlar barədə hərtərəfli məlumatımız olacaq. Yəni rəqibin oyununu canlı görmək başqadır. Onun əsl gücünü onda görürsən. Bizi qarşıda “Qəbələ” ilə çətin çempionat oyunu gözləyir. Həmçinin “Seltik”lə görüşü də hələ tam yaddan çıxarmamışıq. İndidən yalnız “Yanq Boyz” haqda düşünmək doğru olmaz. Hazırda bütün diqqətimizi “Qəbələ” ilə matça yönəltmişik”.

Qeyd edək ki, “Yanq Boyz” və “Qarabağ” arasında ilk oyun avqustun 20-də İsveçrədə, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43