Kateqoriyasız

“İlk oyunun səfərdə keçirilməsi “Qarabağ” üçün yaxşı oldu”

“Püşkatmada mən yox, başqa nümayəndəmiz iştirak edirdi. Hazırda rəqibimiz haqqında çox da məlumata malik deyiləm. Amma bu mərhələdə mübarizə aparırsa, deməli, “Yanq Boyz” da güclü komandadır”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın direktoru Əmrah Çəlikəl Avroliqanın pley-off mərhələsinin püşkünü dəyərləndirərkən söyləyib.

“Qarabağ”ın da zəif komanda olmadığını söyləyən klub rəsmisi deyib: “Bu matçlara çox ciddi hazırlaşacağıq ki, yenidən Avroliqanın qrup mərhələsinə düşək. Onu da qeyd etməliyəm ki, ilk matçın səfərdə keçirilməsi çox yaxşı oldu. Çünki hər şeyə Bakıdakı cavab matçında aydınlıq gələcək. Üstəlik bu müddətdə Tofiq Bəhramov adına Respublika stadionunun qazonunun bir az da yaxşılaşdırılmaq imkanı əldə edəcəyik. İnşallah, hər şey istədiyimiz kimi olacaq”.

Qeyd edək ki, “Qarabağ”ımız ilk oyununu Bernin 32 minlik “Stad de Suiss” stadionunda keçirəcək. Bu matç avqustun 20-də olacaq. Bundan bir həftə sonra isə Bakıda cavab oyunu keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43