İdman

“Qurban Qurbanova milli ilə bağlı sual verəndə, deyir ki…” – Ramin Musayev

“Ötən ilki çempionatın sonu maraqlı keçsə də, nəticələrdən razı qalmadım. Bu, futboldu, istənilən nəticə ola bilər”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Topaz Premyer Liqasının püşkatma mərasimindən öncə deyib.

O, klubların Avropa Liqasında mərhələni dayandırmasından narazı olduğunu deyib: “Klublarımız avrokuboklara qışda hazırlaşmalı idilər. Yayda klublarımızda ciddi dəyişikliklər oldu və bu, təsir etdi. Biz öz tərəfimizdən çalışırıq ki, çempionatımızda haqq-ədalət olsun. Mənə elə gəlir ki, qlobal problemimiz olmayıb, bundan sonra da olmayacaq”.

Ramin Musayev əvəzedicilərin çempionatının və birinci divizionun birləşməsinə münasibət bildirib: “Reqlamentimizdə elə də dəyişiklik yoxdur. Birinci diviziondakı vəziyyəti nəzərə alaraq, çempionatları birləşdirdik. Ola bilər ki, bu, bəzi insanlara xoş gəlməyib. İnanıram ki, yeni sistemimiz özünü döğruldacaq. Bu, gənc futbolçuların inkişafı üçün vacibdir. Qurban Qurbanova milli ilə bağlı sual verəndə, deyir ki, bildiyiniz vəziyyəti niyə soruşursunuz. Ruslan Abışov zədələndi, ola bilər ki, Rəşad Sadıqov milliyə qayıtsın. Gənc futbolçuların inkişafı üçün çalışırıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43