İdman

Topaz Premyer Liqada 60 gün fasilə – milliyə görə

Millimizin oyunları ilə əlaqədar Topaz Premyer Liqasının 2018/2019 mövsümündə 60 gün fasilə olacaq.

İdmanxeber.com-un məlumatəna görə, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

O bildirib ki, çempionatın təqvimi tərtib olunarkən yığmanın maraqları nəzərə alınacaq. R.Musayev bununla bağlı millimizin baş məşqçisi Qurban Qurbanovla danışdıqlarını söyləyib: “Elə bir problem yoxdur. Fasilə çox olmayacaq. Milliyə görə dözmək olar, təki nəticə olsun”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43