Kateqoriyasız

“Qvardiola istəsə, “Barselona”dan gedərəm”

“Barselona”nın futbolçusu Serxio Buskets maraqlı açıqlamaları ilə diqqət çəkib.

İdmanxeber.com-un məlumatına görə, bu haqda məlumatı ESPN nəşri yazıb.

Mənbədə deyilir ki, ispaniyalı futbolçu yeni mövsümdən “Mançester Siti”ni çalışdıracaq Pep Qvardiolanın onu istəyəcəyi təqdirdə “Barselona”dan ayrıla biləcəyini deyib:

“Hər zaman dediyim kimi məni “Barselona”dan iki şəxs ayıra bilər. Biri həyat yoldaşım, digəri isə Qvardioladır. Karyeramda əldə etdiyim uğurları ona borcluyam. Təbii ki, Qvardiola ilə yenidən çalışmaq mənim üçün böyük şərəf olar. Lakin o mənim “Barselona”lı olduğumu bilir. Bu səbəbdən düşünürəm ki, Pep mənim “Barselona”dan ayrılmağımı istəməz”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43