Kateqoriyasız

“Kəpəz” sabah başlayır

Topaz Premyer Liqasının 20-ci turunda keçirilən “Kəpəz” – AZAL oyununun (2:0) ardından Bakıya qayıdan Gəncə klubunun futbolçuları dünən bərpaedici hazırlıqdan sonra istirahətə buraxılıb. 

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda məşqlərə sabah start verəcək.

Çempionatın 21-ci turunda evdə “Qarabağ”la qarşılaşacaq “sarı-göylər” məşqləri “Dalğa Arena”da keçəcək. Fevralın 12-nə kimi bu stadionda hazırlaşacaq “Kəpəz” ayın 13-də Gəncəyə qayıdacaq. 

Hazırlıq planına əsasən Ağdam təmsilçinə qarşı oyunun son məşqi matçın keçiriləcəyi Gəncə şəhər stadionuna təyin olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43