Kateqoriyasız

Millimizdən əzmkar qələbə

16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Maltada təşkil olunmuş UEFA İnkişaf turnirində üçüncü oyununu keçirib.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız bu dəfə Lixtenşteynlə qarşılaşıb.

Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan millimiz ikinci hissədə 2 qol vurmaqla görüşdən qalib ayrılıb – 2:1.

Qeyd edək ki, ilk görüşündə Avstriyaya 0:3 hesabı ilə uduzan komandamız daha sonra Maltaya qalib gəlib – 1:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43