Dünya futbolu

Qvardiola: “Şeyx Mənsur uzun müddət burda qalmağımı istəyir”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola gələcək karyerasından söz açıb.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli çalışdırıcı “şəhərlilər”in sahibi olan Şeyx Mənsurun ona etimad göstərdiyini bildirib:

“Şeyx Mənsur mənim “Mançester Siti”də uzun müddət qalmağımı istəyir. Amma nəticə olmasa, bu, mümkün deyil, hər şey komandanın göstərdiyi nəticədən asılı olacaq. Rəhbərlik uğur qazanmaq üçün mənə hər cür dəstək verməyə hazırdı”.

Qeyd edək ki, 46 yaşlı mütəxəssis 2016-cı ildən “Mançester Siti”ni çalışdırır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43