Kateqoriyasız

Qvineyalı futbolçu Premyer Liqa klubumuzda?

Müqavilə ilə “Başakşəhər”ə məxsus olan Alya Ture “Sumqayıt”da baxışdadı.

İdmanxeber.az-ın məlumatina görə, qvineyalı vinger bu gün “Sabah”a qarşı yoxlama oyununda meydanda olub. Ötən mövsümü Danimarka aşağı liqa təmsilçisi “Yammerbuqt”da keçirən futbolçu bəyəniləcəyi təqdirdə komandada saxlanılacaq.

Alya Ture ötən mövsüm 13 oyunda 1 qol vurub. Gənc oyunçu vaxtilə Qvineyanın U-17 millisinin də formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43