Ölkə futbolu

Rəşad Sadiqov məşqçi oldu – yeni klubu açıqladı

Ötən il futbolçu karyerasını başa vuran millimizin sabiq üzvü Rəşad Sadiqov “Keşlə”də çalışacaq

Klubun rəsmi saytı Sadiqovla müqavilə imzalandığını açıqlayıb. O, baş məşqçi Tərlan Əhmədovun köməkçisi kimi çalışacaq.

Qeyd edək ki, R.Sadiqov karyerası ərzində “Neftçi”, “Qarabağ”, “Xəzər Lənkəran” və “Qəbələ” kimi klublarda çıxış edib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43