Ölkə futbolu

Rahid Əmirquliyev üçün “Qarabağ” və “Qəbələ” arasında “savaş” başladı (ÖZƏL)

Yanvarda "Xəzər Lənkəran"dan ayrılacaq Rahid Əmirquliyevin karyerasını hansı klubda davam etdirəcəyi maraqla gözlənilir.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, cənub klubundan ayrılacaq yarımmüdafiəçi "Qarabağ"ın da diqqətindədi. Qurban Qurbanov millimizin də şərəfini qoruyan Əmirquliyevin transferini rəhbərlikdən tələb edəcək. 

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun israrla komandasında görmək istədiyi futbolçuyla ilkin danışıqlar olub. Lakin Əmirquliyev qərar verməkdə tələsmir. O, həm "Qarabağ"ın, həm də "Qəbələ"nin təklifini nəzərdən keçirib, yekun qərar verəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43