Ölkə futbolu

Ramil Şeydayev: “Bu xəbərlər internetə necə düşüb bilmirəm”

“Trabzonspor”un təzəcə transfer etdiyi Ramil Şeydayev Azərbaycan millisində çıxış etmə ehtimalı ilə bağlı danışıb.

İdmanxeber.com-un rus KİV-nə istinadən verdiyi məlumata görə, bu ehtimalı belə cavablandırıb:

“Bu sualı hələlik cavablandıra bilməyəcəm. Vətəndaşlığımı dəyişməyimlə bağlı məsələyə yaxın vaxtlarda aydınlıq gələcək. Mən başa düşə bilmirəm ki, bu xəbərlər internetə necə düşüb?”

Qeyd edək ki, AFFA rəsmi saytında Şeydayevin millimizdə çıxış etməsinin hüquqi baxımdan mövcud qaydalara uyğun olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə federasiya tərəfindən FIFA-nın müvafiq komitəsinə müraciət ünvanlandığı barədə məlumat yer alıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43