Ölkə futbolu

“Şkendiya”nın baş məşqçisi: “Heç-heçə bizi qane edəcək”

Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”ylə qarşılaşacaq “Şkendiya” klubunun baş məşqçisi Bruno Akrapoviç oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com-un məlumatına görə, bosniyalı çalışdırıcı bunları deyib:

– Bütün diqqətimizi oyuna yönəltmişik. Rəqibi analiz etmişik. Bura ən yaxşı oyunumuzu göstərməyə gəlmişik. “Neftçi” böyük komandadı. Onlara qarşı ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq. Əlbəttə, hər iki komanda oyuna ciddi hazırlaşaq. Güclünün kim olacağını meydanda görəcəyik.

– “Neftçi”nin hansı oyunçusunu fərqləndirə bilərsiz?
– “Neftçi”nin “Baltsan”la hər iki oyununu izləmişəm. Araz Abdullayev, Rəhman Hacıyev, Ruslan Qurbanov, həmçinin makedoniyalı futbolçu Şikovun oyununu vurğulayardım. Cinahlarda yaxşı futbolçuları var. Qapıçıları Santini də güclüdü. Onu çoxdan tanıyıram.

– “Neftçi” son illərdə avrokuboklarda ev oyunlarında qələbəyə həsrətdi. Sabahkı oyunda hansı nəticə sizi qane edəcək?
– Sabahkı oyunda qələbə və ya heç-heçə bizi qane edəcək. Çalışacağıq ki, öz oyunumuzu oynayaq. Polşa komandasına qarşı oyunlarımız asan olmadı. Çətin olsa da, mərhələni keçməyi bacardıq.

– Azərbaycanda Qyoko Hacıevski kimi makedoniyalı məşqçi və bir neçə futbolçu çıxış edib. Onlardan məsləhət almısız?
– Bu məlumatı bilmirdim. Özüm Makedoniyada 6 aydı işləyirəm. Məlumat lazım olanda video materiallara baxıb öyrənirik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43