İdman

Ramil Şeydayev: “Millidə oynamaq bir şansdır”

“Toplanış əla keçir. Pozitiv əhval-ruhiyyədəyəm”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri milli komandamızın hücumçusu Ramil Şeydayev deyib.

 

“Trabzonspor”un oyunçusu milli komandanın təlim-məşq toplanışı çərçivəsində baş tutan açıq məşqdən öncə jurnalistlərə qısa açıqlama verib.

 

O, Azərbaycan millisinin heyətində olmaqdan çox məmnun olduğunu bildirib: “Şadam ki burdayam. Çalışıram, məşq edirəm. Millidə oynamaq bir şansdır. Azərbaycan yığması üçün əlimdən gələni edəcəm”.(apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43