İdman

Emin Mahmudov: “Rəqib böyük qüvvə ilə müdafiə olunacaq”

“San-Marino ilə görüşümüz çox çətin olacaq. Rəqib böyük qüvvə ilə müdafiə olunacaq”.  

İdmanxeber.com-un məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasına dəvət alan Emin Mahmudov deyib. 

 

DÇ-2018-in seçmə mərhələsində San-Marino ilə qarşılaşacaq yığmamızın açıq məşqindən əvvəl jurnalistlərə açıqlama verən “Boavişta”nın yarımmüdafiəçisi qarşıdakı oyunda qələbə qazanmaq istədiklərini bildirib: “Mütləq qalib gəlməliyik. Əks halda, pis vəziyyətdə qalacağıq. Bunun üçün qələbə ilə start versək, yaxşı olardı. San-Marinonun oyunu haqqında nəsə deyə bilmərəm. Çünki rəqibin çıxışnı hələ görməmişəm. Milli səviyyəsində çıxış etmədiyimdən, deyə bilmərəm ki, həyəcan olacaq, ya yox. Ancaq oyuna çıxandan sonra milli ilə klub arasında fərqi deyə bilərəm. Hazırda komandada hər şey yaxşıdır. Kollektivdə tanıdığım futbolçular var, adaptasiyada problem yoxdur”.

 

Gənc oyunçu qeyd edib ki, hər bir rəqibə ciddi yanaşmaq lazımdır: “Meydana yaxşı əhval-ruhiyyədə, qələbəyə köklənərək çıxmaq lazımdır. Hər oyun çətindir. Köklənmə olmayanda, hər matç çox ağır olacaq. İstər San-Marino olsun, istər Andorra, kiminlə oynayırsan oyna, fərqi yoxdur”.(apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43