Ölkə futbolu

Ramil Şeydayevin yeni klubu bilindi

Moskva “Dinamo”sundan ayrıldıqdan sonra klubsuz qalan Ramil Şeydayev karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 23 yaşlı forvard “Neftçi”nin trafser siyahısındadı. Bu barədə Rusiyanın sport24.ru saytı xəbər yayıb.

Qeyd edək ki, yanvar ayında Moskva təmsilçisindən rəsmi olaraq ayrılan Şeydayev Azərbaycan klublarından “Qarabağ”da oynayıb. O, 2017/2018 mövsmündə icarə əsasında Ağdam təmsilçisində çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43