Dünya futbolu

Ramos yenidən Messi ilə komanda yoldaşı ola bilər

“İnter Mayami” PSJ-nin keçmiş müdafiəçisi Serxio Ramosla maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, 37 yaşlı oyunçuya Amerika klubu və iki Səudiyyə Ərəbistanı təmsilçisindən təklif var.

İspaniyalı PSJ ilə müqaviləsi başa çatdıqdan sonra yayda azad agent olub. 2022/23 mövsümündə o, bütün yarışlarda 45 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43