Ölkə futbolu

“Sabah” iki fərqli şəhərə “casus” göndərir

“Sabah” Konfrans Liqasının II təsnifat mərhələsində “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütlüyünün qalibi ilə qarşılaşacaq.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Bakı klubunun baş məşqçisi Murad Musayev köməkçilərindən birini sözügedən oyunu izləmək üçün Şimali Makedoniyaya yollayacaq. 

Rusiyalı mütəxəssis yalnız ilk qarşılaşmanı yox, Latviyadakı cavab matçını izləmək üçün də yardımcılarından birini göndərməyi düşünür. 

Qeyd edək ki, Konfrans Liqasında II raundun oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43