Ölkə futbolu

Rasim Ramaldanov: “Zədəm ciddidi”

Dünən Premyer Liqanın 20-ci turunda "Xəzər Lənkəran" "Neftçi" ilə 2:2 bərabərə qaldı. Oyunda zədələnərək meydanı erkən tərk edən Cənub klubunun futbolçusu Rasim Ramaldanov idmanxeber.com-a açıqlama verib. O, açıqlamasında həm oyun, həm də, zədəsi barədə danışıb.

"Oyun ağır şəraitində keçdi. Axıra kimi mübarizə aparıb matçı qurtardıq. Düzü sona kimi inanırdıq özümüzə. Nəticədə ən azından əldən gedən oyunu qurtarmaq gözəldi. Zədəmə gəlincə isə deyəsən ciddidi. Ancaq yenə də həkim müayinəsindən sonra tam nəsə demək olar".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43