Ölkə futbolu

Rauf Əliyev: “Əsəblərimi cilovlaya bilmədim”

Topaz Premyer Liqasının 9-cu turunda “Sumqayıt” öz meydanında “Qəbələ” ilə 2:2 hesabı ilə heç-heçə edib.”Qəbələ”nin futbolçusu Rauf Əliyev “Sumqayıt”la keçirilən görüşün ardından açıqlama edib. O, qırmızı vərəqə aldığı epizod barəsində də danışıb:

“Oyuna yaxşı başlaya bilmədik. Ard-arda iki qol buraxaraq işimizi çətinləşdirdik. Ancaq sonrada özümüz gəlib cavab qollarını vurduq. Yuxarı yerlər üçün mübarizə aparırıqsa, belə nəticələr bizi qane etməməlidir. Təəssüf ki, oyunun sonlarında gərgin dəqiqələr oldu. Bəhlul Mustafazadəyə verilən qırmızı vərəqəni başa düşmədim. Elə buna görə də baş hakim Orxan Məmmədova etiraz etdim. O isə mənə sarı vərəqə verdi. Niyə belə bir qərae verdi, bilmiriəm. Etiraf edim ki, sarı vərəqədən sonra əsəblərimi cilovlaya bilmədim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43