İdman

Rauf Əliyev: “Azərbaycan çempionatına qıraqdan baxmaq çətin gəlir”

Cari mövsümün əvvəli “Keşlə”dən ayrılaraq “Kukesi”yə keçən və orada qısa müddət ərzində tab gətirə bilən Rauf Əliyev hazırda klubsuzdu.

İdmanxeber.com-a açıqlamasında millimizin sabiq forvardı hazırda öz üzərində çalışdığını, yaya qədər hazır formada qalamq istədiyini bildirdi: “Bildiyiniz kimi, “Kukesi”dən ayrıldıqdan sonra klubsuzam. Qaydalara əsasən, bu mövsüm üçüncü kluba keçə bilmədim. Sizə də məlumdu ki, “Keşlə” ilə niyə yenidən razılıq əldə olunmadı. Qsimət belə imiş. Azərbaycan çempionatına qıraqdan baxmaq çətin gəlir. İnşallah, hər şey yoluna qoyular. Uşaqlarla ara-sıra futbola gedirəm. Məşqlərimi davam etdirirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43