Dünyadan

“Real” istədiyi braziliyalının transferini reallaşdırdı

Madridin “Real” klubu yaydan bəri istədiyi “Fiqeyrense”nin hücumçusu Pablo Teyşeyranı heyətinə qatıb.

İdmanxeber.com “Marca”ya istinadən xəbər verir ki, Madrid klubu 21 yaşlı forvard mövsümün sonunda kimi icarəyə götürüb. 

Braziliya B seriyasında meydana çıxdığı 8 oyunda 2 qol vuran hücumçu “Real”ın ikinci komandası olan – “Real Madrid Kastilya”da çıxış edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43