İdman

“Real” rekorda imza atdı

İspaniya La Liqasının 15-ci turunda doğma meydanda “DEportivo”nu 3:2 hesabı ilə məğlub edən “Real” klubu yeni rekordunu müəyyənləşdirib.

İdmanxeber.com-un məlumatına görə, komanda bütün turnirlər nəzərə alınmaqla, məğlubiyyətsiz oyunlar seriyasını 35-ə çatdırıb. Bu isə klub tarixində yeni rekorddur.

Qeyd edək ki, “Real” sonuncu dəfə bu ilin 6 aprelində, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında səfərdə “Volfsburq”a uduzun – 0:2.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43