Dünya futbolu

“Real”da Ançelottinin yerinə daha bir namizədin adı bəlli olub

“Real”ın gələn mövsüm üçün baş məşqçi namizədlərindən biri də Roberto de Zerbidir.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu üçün əsas prioritet Xabi Alonsonu gətirməkdir, amma 44 yaşlı italiyalı mütəxəssis də siyahıda yer alan adlardan biridir.

De Zerbi 1 ildir “Brayton”a başçılıq edir. O, ötən mövsüm “qağayılar”ı Avropa Liqasına aparmağı bacarmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43