İdman

“Real”ın matçında dava: 21 oyunçu qovuldu

Basketbol üzrə Avroliqa pley-off matçında dava düşüb.

İdmanxeber.az-ın məlumatına görə, “Real” – “Partizan” görüşünün sonlarında oyunçular arasından gərginlik yaşanıb. Serbiya təmsilçisinin öndə olduğu matçın bitiminə az qalmış Madrid klubunun oyunçusu Serxio Lull rəqib komandanın üzvü Kevin Punterə qarşı sərt müdaxilə edib.

Bunun ardından bütün basketbolçular bir-birləri ilə dalaşmağa başlayıblar. Hakimlər isə 21 oyunçunu diskalifikasiya etməyə məcbur qalıb.

Görüşdə iştirak etməyə basketbolçu qalmadığı üçün hakimlər heyəti matçı həmin andakı hesabla erkən bitirib.

Serbiya klubu rəqibini 95:80 məğlub edərək ümumi hesabı 2:0 edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43