Ölkə futbolu

“Kəpəz”də ŞOK İTKİ

Misli Premyer Liqasının 32-ci turu çərçivəsində “Sumqayıt”la qarşılaşacaq “Kəpəz” ciddi itki ilə üzləşib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisinin aparıvı üzvü Abdullahi Şuaybu zədələnib. Hazırlıq çərçivəsində ayağında ağrı hiss edən futbolçu məşqi yarımçıq dayandırıb. Nigeriyalı vingerin “Sumqayıt”la oyunda meydana çıxıb-çıxmayacağı sual altındadı. 

Qeyd edək ki, aprelin 29-da keçiriləcək qarşılaşma 16:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43