Dünya futbolu

Fransalı oyunçu “Bavariya”ya keçə bilər

Ferlan Mendi yayda “Real”dan ayrıla bilər.

İdmanxeber.az məlumat verir ki, 28 yaşlı cinah müdafiəçisiylə “Bavariya” maraqlanır. Həmçinin Premyer Liqa klubları da onu yaxından izləyir. Mendinin “Madrid klubu” ilə müqaviləsi gələn ilin yayında bitir. “Real” fransalı oyunçuya indiyə qədər yeni müqavilə təklif etməyib.

“Kral klubu”nun baş məşqçisi Karlo Ançelotti onu komandada qalmağını istəyir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43