Dünya futbolu

“Real”ın oyununda dava düşdü: “İrqçilər üçün mükafat oldu”

La Liqanın 35-ci turunda “Real” “Valensiya”nın qonağı olub.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu görüşdən 0:1 hesabı ilə məğlub ayrılıb. Matçın sonlarında isə ara qarışıb. 

Belə ki, “Real”ın futbolçusu Vinisius birbaşa qırımızı vərəqə görüb. Buna səbəb kimi braziliyalı irqçiliyə məruz qalmasını göstərib. Yerli tərəfdarlar oyunboyu futbolçunu təhqir edərək ona qarşı “mono” (meymun) şüarını səsləndiriblər.

Vinisius matçdan sonra “Meydandan qovulmam irqçilər üçün böyük makafat oldu” – deyə, açıqlama verib.

Xatırladaq ki, braziliyalı oyunçu cari mövsüm artıq 9-cu dəfə irqçiliyə məruz qaldığını iddia edərək bundan şikayətlənib. La Liqanın dünənki oyunla bağlı araşdırmalara başladığı bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43