Dünya futbolu

Qvardiola onun satılmasına izin verdi

“Mançester Siti”nin qapıçısı Zak Şteffen klubu tərk edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, mövsümü icarə əsasında “Midlsbro”da keçirən amerikalı oyunçu yayda komandaya qayıdacaq. Ancaq baş məşqçi Pep Qvardiolanın 28 yaşlı qolkiperi heyətdə düşünmədiyi bildirilir. 

Bu səbəbdən də rəhbərlik yayda Şteffeni satmağı planlayır. 

O, bu mövsüm 42 liqa oyununda iştirak edib, 50 qol buraxıb və 9 dəfə qapısını toxunulmaz saxlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43