Dünya futbolu

“Fənərbağça”dan tarixə keçəcək transfer

“Fənərbağça” transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Tottenhem”in oyunçusu İv Bissumanı heyətinə cəlb etmək istəyir. Rəhbərlik malili futbolçunun menecerini danışıq üçün Türkiyəyə dəvət edib.

London klubu da 26 yaşlı yarımmüdafiəçini icarəyə verməyi düşünür. O, mövsümün əvvəlində 29 milyon avro qarşılığında “Brayton”dan “Tottenhem”ə keçib.

Bissuma cari mövsüm 27 oyunda forma geyinib.

Əgər transfer reallaşsa, 26 yaşlı futbolçu “Fənərbağça”da çıxış etmiş ilk malili oyunçu kimi tarixə düşəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43