Ölkə futbolu

Rəhbərlik Toşakla nəyi müzakirə etdi?: Allahverdiyev düyünü çözülür

Premyer Liqanın VI turu çərçivəsində doğma azarkeşlər önündə  “Bakı”nı məğlub edən (2:1) “Xəzər Lənkəran” rəhbərliyi ilə komandanın çalışdırıcısı Con Toşak arasında görüş keçirilib. Görüşdə komandanın gələcək planları müzakirə mövzusu olub.

Bu barədə İdmanxeber.com-a klubun mətbuat xidmətindən məlumat verilib.

Bundan əlavə, Con Toşakın komandasında görmək istəmədiyi Elnur Allahverdiyevin taleyinə isə sabah aydınlıq gələcək. Klub rəhbərliyi ilə futbolçu arasında görüş keçiriləcək və Allahverdiyevin komandada qalıb-qalmayacağı bu görüşdən sonra dəqiqləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43